Cümə, 17 May

Mətanət Əsədova: "Məzar daşıma yazdırardım ki..."

image

Müğənni Mətanət Əsədova Azad Azərbaycan televiziyasında qonaq olub.

Xəbər verilir ki, Mətanət Əsədova şəxsi həyatı haqqında danışıb.

"Bir evin xanımı olmalıyam, elə-belə həyat keçirmək istəmirəm. Mənim həyatım çox çətindir. Həyatımı heç kimə arzulamıram. O qədər tənhayam ki, hər gecə ölürəm. Həyatdır, bununla barışmalıyam. Bu, mənim qismətimdir. Məktəb illərindən sonra xoşbəxtlik yaşamamışam. Məzar daşıma yazdırardım ki, dincəlməyə getdi", - deyə o bildirib.

Müğənni ailə qurmaq istəyini də dilə gətirib: "Ağ atlı oğlan gözləmirəm. Ailə qurmaq mənim üçün problem deyil. Sadəcə mən istəyən kimi bir insan yoxdur. Ailə quracağım insan yaşıma, xasiyyətimə, uyğun olmalıdır".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58